Arda Turanın anasına həbs cəzası
19 iyul 2024 15:24 (UTC +04:00)

Arda Turanın anasına həbs cəzası

Evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunan Arda Turanın anası Yüksel Turan “Tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.  

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Eyüpspor”un baş məşqçisi Arda Turanın anası Yüksel Turan barəsində qanunsuz tikinti apardığı iddiası ilə açılan işdə qərar verilib.

Araşdırmalar nəticəsində 5 ilə qədər həbsi istənən Yüksel Turan 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Arda Turanın böyüdüyü Bayrampaşa rayonundakı evində qanunsuz tikinti olduğu üzə çıxıb və anası Yüksel Turana qarşı iddia qaldırılıb.

Bayrampaşa bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, torpaq, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu, lakin 2020-ci ildə binaya qeyri-qanuni çardaq əlavə edildiyi müəyyən edilib.

Yüksel Turan 'Tikintinin çirklənməsinə səbəb olmaq' ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib. Bildirilib ki, Yüksel Turana verilən həbs cəzası hüquqi proseslər tamamlanaraq və hüquqi prosedurlar həyata keçirilməklə yerinə yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar