Anbardan 5 ton kartof oğurlandı
14 yanvar 2021 11:41 (UTC +04:00)

Anbardan 5 ton kartof oğurlandı

Tovuzda anbardan oğurluq olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlanıb.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.

# 1197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar