Anasının gözü qarşısında qızını öldürən şəxsdən YENİ XƏBƏR
13 fevral 2024 16:50 (UTC +04:00)

Anasının gözü qarşısında qızını öldürən şəxsdən YENİ XƏBƏR

Ötən il oktyabrın 31-də Nəsimi rayonu ərazisində Marina Çobanovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, qızı Nərminə Vəliyevanın isə aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istintaqla Sayruz Səttarovun oktyabrın 30-da saat 23 radələrində heç bir əsaslı səbəb olmadan qonşusu Marina Çobanovanın qızı Nərminə Vəliyeva ilə birgə kirayədə yaşadığı mənzilə daxil olub onları biri-birilərinin gözü qarşısında döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirləri ilə həmçinin, Sayruz Səttərovun hər iki şəxsi əvvəllər də bir neçə dəfə döyərək onlara xəsarət yetirməsi, o cümlədən onlara fiziki ağrı və psixi iztirablar verməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sayruz Səttarova Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 127.2.2, 127.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.4, 133.2.6-cı (iki və ya daha çox şəxsə qarşı, habelə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə) maddələri ilə ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4211

Oxşar yazılar

Ramiz Duyğun VƏFAT ETDİ

Ramiz Duyğun VƏFAT ETDİ

19 iyun 2025 , 08:46
Daşkəsəndə 62 yaşlı kişi qumun altında  öldü

Daşkəsəndə 62 yaşlı kişi qumun altında öldü

18 iyun 2025 , 22:09
Azər Qasımlının məhkəməsi başladı

Azər Qasımlının məhkəməsi başladı

18 iyun 2025 , 19:40
Gəncədə hamamda PARTLAYIŞ:   yeniyetmə qız yaralandı

Gəncədə hamamda PARTLAYIŞ: yeniyetmə qız yaralandı

18 iyun 2025 , 19:28
Cəlilabadda gənc oğlan  itkin düşdü

Cəlilabadda gənc oğlan itkin düşdü

18 iyun 2025 , 18:53
Qaradağda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

18 iyun 2025 , 17:28
Daha üç rayona prokuror təyin edildi

Daha üç rayona prokuror təyin edildi

18 iyun 2025 , 17:06
Ölüm olan klinikada YOXLAMA:  Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

Ölüm olan klinikada YOXLAMA: Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

18 iyun 2025 , 16:44