Alimpaşa Məmmədov  marallarının yemini   görün kimə aldırırmış?
08 dekabr 2022 18:26 (UTC +04:00)

Alimpaşa Məmmədov marallarının yemini görün kimə aldırırmış?

Həbs ediləndən sonra maral ferması tapılan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. 

Bu gün keçirilən məhkəmə prosesində də maraqlı faktlar açıqlanıb. 

Lent.az APA -ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.

Alimpaşa Məmmədov ittiham aktında əks olunan epizodların əksəriyyətini qəbul edib.

Sabiq icra başçısı bugünkü iclasda da mənimsəmə və rüşvət alma yolu ilə əldə edilmiş vəsaitlərin rayonda aparılan işlər üçün xərcləndiyini deyib.

Qeyd olunub ki, növbəti iclasda iş üzrə adı keçən şahidlərin dindirilməsinə başlanacaq.

İttihama görə, Alimpaşa Məmmədov şahid qismində tanınan şəxslərin əksəriyyətindən xidməti otağında rüşvət alıb. Bundan başqa, istintaq dövründə ifadə verən bir neçə kəndin icra nümayəndəsinin dediyinə görə, Alimpaşa Məmmədova məxsus fermadakı marallara onlar baxıblar. Alimpaşa Məmmədov maralların yemini icra nümayəndələrinə aldırıb.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

# 2280
avatar

Oxşar yazılar

Qadın hamamda boğulub öldü

Qadın hamamda boğulub öldü

9 fevral 2023 , 09:55
Bakıda sığınacaqdan qaçan qız TAPILDI   - YENİLƏNİB

Bakıda sığınacaqdan qaçan qız TAPILDI - YENİLƏNİB

9 fevral 2023 , 09:48
69 yaşlı kişi özünü asdı

69 yaşlı kişi özünü asdı

9 fevral 2023 , 09:23
Bakıda polis maşını qəzaya düşdü,  1 nəfər   - FOTO

Bakıda polis maşını qəzaya düşdü, 1 nəfər - FOTO

9 fevral 2023 , 02:35
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salındı - FOTO

8 fevral 2023 , 21:02
Türkiyədə zəlzələdə ölənlərin sayı  9 mini keçdi   - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 9 mini keçdi - YENİLƏNİB

8 fevral 2023 , 19:28
Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

Azərbaycanda oğlan dayısını kürəyindən VURDU

8 fevral 2023 , 19:11
Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

Tanınmış vəkildən general oğluna qarşı yarım milyonluq DƏLƏDUZLUQ

8 fevral 2023 , 17:50