Aktiv koronavirus xəstəsi insanlara belə təhlükə yaratdı
05 aprel 2021 15:59 (UTC +04:00)

Aktiv koronavirus xəstəsi insanlara belə təhlükə yaratdı

Ağdaşda aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.

B.Mürsəliyev barəsində Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131
avatar

Mehman Nəbiyev

Oxşar yazılar