Ailə  QƏTLİAMI:   Keçmiş həyat yoldaşını  və ailəsini öldürdü
27 may 2024 19:35 (UTC +04:00)

Ailə QƏTLİAMI: Keçmiş həyat yoldaşını və ailəsini öldürdü

Manisanın Salihli rayonunda 34 yaşlı Aytunç Ç. mübahisə zəminində keçmiş həyat yoldaşı 32 yaşlı Nagihan, 39 yaşlı qardaşı İbrahimi və 62 yaşlı anası Fatma Canı bıçaqla qətlə yetirib. 

Lent.az xarici mediaya istinadən bildirir  ki, hadisə Sağlık məhəlləsi Ziya Gökalp küçəsindəki 45 saylı mənzildə baş verib. İddialara görə, Nagihan Canın anası ilə yaşadığı evə gələn Aytunç Ç. Keçmiş həyat yoldaşı ilə mübahisə edib. 

Mübahisə böyüdükdən sonra keçmiş həyat yoldaşını bıçaqlayan Aytunç Ç. müdaxilə etməyə çalışan qardaşı İbrahim və anası Fatma Canı da bıçaqlayıb. Bu sırada evdən qaçmağa çalışan Fatma Canı təqib edərək bıçaqlamağa davam edən Aytunç Ç. hadisə yerindən qaçıb. 

Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn qruplar aparılan yoxlama zamanı Fatma ananın öldüyünü müəyyən ediblər. Nagihan Canı və qardaşı İbrahim Canı isə aparıldıqları xəstəxanada xilas edə bilməyiblər. 

Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində polis, cinayət aləti ilə birlikdə Aytunç Ç.ni qısa müddətdə yaxalayaraq saxlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

Oxşar yazılar