Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də ağır cinayətlərə görə məhkum olunmuş Bəhərçin Mirzəyev saxlanılıb.
Lent.az xəbər verir ki, ondan marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə B.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.