Ağsuda iki avtomobil toqquşdu - Bir nəfər öldü
29 oktyabr 2024 00:26 (UTC +04:00)

Ağsuda iki avtomobil toqquşdu - Bir nəfər öldü

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində minik avtomobilləri toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar