Ağstafada minik maşını arabaya çırpılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun 6 yaşlı nəvəsi Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.