Ağstafada bədbəxt hadisə: 18 yaşlı oğlanı "tok" vurdu
10 mart 2024 21:14 (UTC +04:00)

Ağstafada bədbəxt hadisə: 18 yaşlı oğlanı "tok" vurdu

Ağstafada bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə qəsəbənin stadionunda baş verib.

Polis əməkdaşları əraziyə cəlb olunub.

# 2550
avatar

Oxşar yazılar