Ağdaşda zəncirvarı qəza-yaralılar var
06 mart 2022 18:20 (UTC +04:00)

Ağdaşda zəncirvarı qəza-yaralılar var

Ağdaş rayonu ərazisində zəncirvarı ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində Ağdaş-Qəbələ yolunun Dəhnə kəndi ərazisində "VAZ 2107", "Mercedes" və "QAZ 2410" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Oxşar yazılar