Ağdaşda FACİƏ:  35 yaşlı kişini traktorda "tok"  vurub öldürdü - YENİLƏNİB
09 avqust 2025 12:43 (UTC +04:00)

Ağdaşda FACİƏ: 35 yaşlı kişini traktorda "tok" vurub öldürdü - YENİLƏNİB

Ağdaşda kişinin cərəyan vuraraq ölməsi faktı ilə bağlı yeni detallar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Xosrov kənd sakini, 1990-cı il təvəllüdlü Tahirov Saleh Əlağa oğlu “Belarus” markalı 03-BA-084 dövlət nömrə nişanlı traktorda qaynaq işləri görən zaman onu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

***

8 avqust, saat 20:34

Ağdaşda bədbəxt hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Tahirov Saleh Əliağa oğlunu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1616

Oxşar yazılar