Ağcabədidəki o qızın valideynləri POLİSƏ ÇAĞIRILDI
26 mart 2025 12:20 (UTC +04:00)

Ağcabədidəki o qızın valideynləri POLİSƏ ÇAĞIRILDI

Son günlər Ağcabədidə yeniyetmə qızın 24 yaşlı pedofildən uşaq dünyaya gətirməsi mediada geniş müzakirələr səbəb olub. 

Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M-in valideynləri Rayon Polis Şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb.

O, profilaktik uçota alınmaqla, valideynlərinin himayəsinə təhvil verilib.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə facebook hesabında yazıb ki, hadisədə adı hallanan kşi məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.

K.Ağazadə bildirib ki, indi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir:

“Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1874

Oxşar yazılar