Ağcabədidə iki nəfər qazdan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Arazbar kəndində baş verib.
92 yaşlı Soltanova Gövhər Abduləli qızı və onun nəvəsi 29 yaşlı Soltanov Mirismət Xudaverdi oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə yaşlı qadın ölüb, nəvəsinə isə ilkin tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.
Araşdırma aparılır.