Ad gününə toplaşan 17 nəfər cərimələndi
15 mart 2021 12:11 (UTC +04:00)

Ad gününə toplaşan 17 nəfər cərimələndi

5

Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi keçirənlər müəyyən edib. 

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 2210

Oxşar yazılar