Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılan güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılan 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.