Bakıda oğurluq baş verib.
Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 250 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Bunyatova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.