Silahla gəzən Mingəçevir şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan “TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.