Keçmiş məhkum evə basqın etdi
08 noyabr 2019 19:32 (UTC +04:00)

Keçmiş məhkum evə basqın etdi


Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, nazirliyin “102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girən maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar