Gömrükdə nəzarətdən gizlədilən spirtli içkilər aşkarlandı
07 noyabr 2019 19:07 (UTC +04:00)

Gömrükdə nəzarətdən gizlədilən spirtli içkilər aşkarlandı

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.

Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində verilən məlumata görə,  Qərb ərazi baş gömrük idarəsinin əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Volkswagen Passat” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. 

Gömrük baxışı zamanı yük yerində üzərində “Moet Chandan Champagne” yazılan 24 ədəd 0,75 litrlik, “Jagermeister” yazılan 22 ədəd 1 litrlik, “Martini” yazılan 24 ədəd 0,75 litrlik və “Rakı” yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165

Oxşar yazılar