Bərdədə 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib
04 noyabr 2019 09:15 (UTC +04:00)

Bərdədə 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına rayonu Bakı küçəsində, 3 avtomobilin iştirakı ilə qəza baş verib. Belə ki, rayonun Şorəlli kənd sakini Qasımov Vasif Vahid oğlunun idarə etdiyi “Vaz-2106” markalı avtomobillə, Cəyirli kənd sakini Ağamirzəyev Həmid Oruc oğlunun idarə etdiyi “Mercedes E-240” markalı avtomobil və Qaradağlı kənd sakini Mirzəyev Emin İbrhaim oğlunun idarə etdiyi  “Vaz 21723” markalı avtomobillər toqquşub. Nəticədə Vasif Qasımov, onun sərnişini əslən Laçından olan Bərdə rayon Mollalı kənd sakini 1958-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu və 1980-ci iltəvəllüdlü Süleymanov Taleh İslam oğlu xəsarət alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həsənov Camal istisna olmaqla digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar