Bakıda soyuq silah gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini R.Abdullayevdən kustar üsulla hazırlanmış qılınc aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.