Azyaşlılara siqaret satan satıcı cəzalandırıldı
01 noyabr 2019 13:38 (UTC +04:00)

Azyaşlılara siqaret satan satıcı cəzalandırıldı

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının rayon  ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin mağazanın satıcısı V.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar