50 kilodan çox  narkotik aşkar edildi
29 mart 2024 09:46 (UTC +04:00)

50 kilodan çox narkotik aşkar edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
   
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

# 1716
avatar

Arzu Qurbanlı

Oxşar yazılar