Ötən gün ərzində 12 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə Lent.az-a toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, ötən gün ərzində 4 nəfər dəm qazından, 2 nəfər də dərmanların əks reaksiyasından zəhərlənmə ilə müraciət ediblər. Bundan əlavə 6 nəfər də sərxoş halda toksikologiya şöbəsinə gəlib və ilkin yardım göstərildikdən sonra evə buraxılıb.