Aşkar olunan psixotrop maddələr
26 aprel 2022 18:31 (UTC +04:00)

Aşkar olunan psixotrop maddələr

300 kilodan çox narkotiki Naxçıvandan Türkiyəyə apara bilmədilər

Külli miqdarda psixotrop maddə qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə “ferrosilikon” yükü aparan “Volvo” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb. Analiz zamanı su və yanacaq çənlərində şübhəli təsvirlər müəyyən edildiyindən nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük baxışı həyata keçirilib. Bu zaman yanacaq və su çənlərində süni olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc yerlərindən xalis çəkisi 307  kiloqram 900 qram olan maye halında psixotrop maddə - metamfetamin (patı) aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Mehman Nəbiyev

Oxşar yazılar