15 yaşlı qız polis mayorundan hamilə qaldı
19 iyul 2025 13:29 (UTC +04:00)

15 yaşlı qız polis mayorundan hamilə qaldı

Rusiyanın Sverdlovsk vilayətində polis mayoru 15 yaşlı qızı zorlayıb. Yeniyetmə hamilə qalıb və məmura qarşı iş açmaqdan imtina olunub.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, vəkil Sergey Samkovun sözlərinə görə, 39 yaşlı ekspert-kriminalistika qrupunun rəisi Aşapaevskdə yetkinlik yaşına çatmamış qızı aldadıb. O, qızı avtomobilinə mindirib və ona həyat yoldaşından boşanaraq, onunla ailə quracağına söz verib. Lakin qız hamilə qaldıqdan sonra kişi əlaqəni kəsib.

Nədənsə, hüquq-mühafizə orqanları onun barəsində cinayət işi açmaqdan imtina ediblər. Bunun ardından qızın anası kömək axtarmağa qərar verib. Bildirilir ki, istintaq zamanı həmin polis mayoru yeniyetmədən yalan danışmağı və yazışmaları silməyi istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar