12 yaşlı oğlan həmyaşıdını bıçaqladı
21 may 2022 04:11 (UTC +04:00)

12 yaşlı oğlan həmyaşıdını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Məmmədzadə Məmmədhüseyn İlham  oğlu öz həmyaşıdı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

# 1743
avatar

Oxşar yazılar