Biləsuvarda narkotik alverçisi polisə atəş açıb
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, polis fevralın 13-də, Penitensiar Xidmətin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayevi 1 kiloqram həşişi satarkən tutmaq istəyib. Bu zaman S. Babayev əməliyyatçılara tapançadan atəş açaraq müqavimət göstərib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində S. Babayev zərərsizləşdirilib. Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança və 25 kiloqram 220 qram çəkidə həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Çimərliklərdə asayişin qorunması ilə bağlı tədbirlər davam edir -FOTOLENT -VİDEO
27 iyul 2025 , 17:05
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47