
Ucarda 8 yaşlı uşaq yol qəzasında ölüb
Azərbaycanın Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Ucar rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən saat 19.20 radələrində qeydə alınıb. Rayon mərkəzindəki Heydər Əliyev prospekti ilə hərəkət edən, Ucar sakini Məmmədov Ədil Vidadi oğlu idarə etdiyi 10 ZM 746 dövlət nömrə nişanlı “Audi” markalı maşınla Ucar sakini 2001-ci il təvəllüdlü Əsgərov Rüfət Natiq oğlunu vurub. 8 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Gəncədə 18 yaşlı oğlan ölümcül xəsarət aldı
13 may 2025 , 08:10
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü
12 may 2025 , 23:01
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB
12 may 2025 , 22:47