DİN-də 1-ci yarımilliyin yekunları müzakirə edildi
31 iyul 2009 11:15 (UTC +04:00)

DİN-də 1-ci yarımilliyin yekunları müzakirə edildi

Bu gün Daxili İşlər Nazirliyində (DİN) respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.


Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən bildirilib. Kollegiya iclasını giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun həyata keçirilməsində və quruculuq proseslərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri 2009-cu ilin 6 ayında da qorunub saxlanılmış, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib.

Mühüm dövlət və siyasi tədbirlərin keçirilməsi zamanı səfərbərlik, operativlik və əzmkarlıq göstərilib, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, DİN-in normativ sənədlərindən irəli gələn vəzifələr layiqincə yerinə yetirilib.

Hesabat dövründə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, açılması, zərərçəkmişlərin hüquqlarının bərpası, ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin təmini, profilaktika işinin səmərəsinin artırılması əsas vəzifə olaraq ardıcıllıqla yerinə yetirilib.
# 335

Oxşar yazılar