Məşhur tibb müəssisəsinin işi dayandırıldı - YOXLANIŞ
09 aprel 2024 09:46 (UTC +04:00)

Məşhur tibb müəssisəsinin işi dayandırıldı - YOXLANIŞ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar ediən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.

# 5736
avatar

Fidan İlqar

Oxşar yazılar