Tovuzda yanacaqdoldurma məntəqəsinə silahlı basqın
Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Bu barədə APA-ya Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gecə rayonun M. Musayev küçəsində yerləşən “Qara Petrol” yanacaqdoldurma məntəqəsində baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Səməd Abbasəli oğlu Səfiyev adıçəkilən yanacaqdoldurma məntəqəsinə gələrək orada operator işləyən 1982-ci il təvəllüdlü Seymur Səmərxan oğlu Aslanovla mübahisə edib.
Sonra isə özü ilə gətirdiyi ov tüfəngi ilə S. Aslanova atəş açıb. Xoşbəxtlikdən güllə S. Aslanova dəyməyib. Dərhal hadisə yerinə rayon Polis Şöbəsinin əməkdaşları çıxıb və hadisəni törədən S. Səfiyev saxlanılıb. İlkin araşdırma zamanı hadisənin namus üstündə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra öldü
16 avqust 2022 , 04:47
Bakıda gənc qız bacısının kafesində ikinci mərtəbədən özünü atdı - FOTO
16 avqust 2022 , 02:45
Göyçayda qoyunlarını axtarmağa gedənlər dağda itkin düşdülər - FOTO
16 avqust 2022 , 02:45
Xırdalanda binanın qarajında tüstülənmə baş verdi - FOTO
16 avqust 2022 , 01:38Xaçmazda meşə massivində yanğın başladı
16 avqust 2022 , 00:49
85 yaşlı kişi hovuzda boğuldu
16 avqust 2022 , 00:16
Şəmkirdə 38 yaşlı piyadanı maşın vurdu, vəziyyəti ağırdır
15 avqust 2022 , 23:39