Müğənni Rüfət Mehdiyev 42 yaşında vəfat edib
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən Lent.az-a verilən məlumata görə, müğənni “Komedy club” verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim” - dedi. Həmin anda dünyasını dəyişdi”.
Ailəsindən bildiriblər ki, mərhumla vida mərasimi öz evində olacaq. O, bu gün saat 15:00-da Nizami rayonu ərazisindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.
Mərhumun 10 yaşlı oğlu və 7 yaşlı qızı var.
Allah rəhmət eləsin!
Xəyalə

Oxşar yazılar

Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Çimərliklərdə asayişin qorunması ilə bağlı tədbirlər davam edir -FOTOLENT -VİDEO
27 iyul 2025 , 17:05
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47