SEPAH-dan İsrail səfirliyini və Qəbələ RLS-i partlatmaq əmri
Bakıda tutulmuş terrorçu məhkəmədə etiraflar edib
İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan Livan vətəndaşı SEPAH (İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti) tərəfindən İsrail səfirliyində terror aktı törədilməsi üçün əmr alaraq Azərbaycana gəldiyini etiraf edib.
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə ifadə verən Kərək Əli Məhəmməd bildirib ki, İrana gələndən sonra İran vətəndaşı kimi adına SEPAH tərəfindən saxta sənəd düzəldilib və Azərbaycana göndərilib.
O bildirib ki, Azərbaycanda vəzifəsi İsrail səfirliyi, səfirliyə girib-çıxanlar barədə məlumat toplamaq və toplanmış materialları SEPAH-a ötürmək olub.
Əli Məhəmməd deyib ki, məlumatlar toplanandan sonra səfirlikdə terror törədilməsi barədə SEPAH-dan tapşırıq gəlməliydi.
O, Qəbələ RLS-in partladılması barədə SEPAH-dan tapşırıq almadığını və bu məsələdən xəbərsiz olduğunu bildirib.
Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələriylə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərək Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn Livan, qalan 4 nəfər Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdırlar.
Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportlarının olduğu bildirilir.
Adıçəkilən Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn SEPAH, "Hizbullah" və "Əl-Qaidə" terrror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndərilib və onların sifarişilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalıydılar.
İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara yardımçı olmalı imişlər.

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23