MTN TQDK-nın dərsliklərini saxtalaşdıran şəxsi həbs edib
03 iyul 2009 15:00 (UTC +04:00)

MTN TQDK-nın dərsliklərini saxtalaşdıran şəxsi həbs edib

Onun mənzillərindən 130 mindən artıq çap və poliqrafiya məhsulu aşkarlanıb




Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Vəliyev Əfqan Vəli oğlu saxlanılıb.


Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. 2009-cu il iyul ayının 2-də Əfqan Vəliyevə məxsus Bakı şəhərinin Badamdar qəsəbəsindəki və 1-ci Alatavadakı evlərdə, həmçinin həyətyanı tikililərdə keçirilən baxış zamanı qanunsuz çap edilmiş 130 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abreviaturası altında dərc edilmiş, guya bu qurumun çap məhsulu hesab olunan jurnal və kitabçalar, test tapşırıqları, test bankları, abituriyentlərə kömək, eləcə də çap prosesində istifadə olunan 4 min 620 ədəd ofset plastin, 4 min 200 ədəd nəşriyyat plyonkası, kitab formasında cildlənməmiş 9 min ədəd hazır vərəq, 2 min ədəd test blanklarının üzlükləri və 1050 adda ədəbiyyat, habelə müxtəlif təyinatlı çap dəzgahları aşkarlanıb.

Faktla bağlı toplanılmış materiallar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə Respublika Baş Prokurorluğuna göndərilib.

« 03 » iyul 2009-cu il
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15