Lənkəran rayon Polis Şöbəsində baş verən intihar araşdırılacaq
03 iyul 2009 13:00 (UTC +04:00)

Lənkəran rayon Polis Şöbəsində baş verən intihar araşdırılacaq

Lənkəran rayon Polis Şöbəsində (ŞPŞ) baş verən intihar faktı ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən araşdırma aparılır.

Bu barədə APA-ya Komitə sədri Elçin Behbudov bildirib. Hüquq müdafiəçisi deyib ki, intihar hadisəsi dünən saat 11.00 radələrində baş verib. Onun sözlərinə görə, intihar etdiyi bildirilən 1963-cü il təvəllüdlü Lənkəran rayon sakini Əliyev Rüstəm Nəbi oğlu Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə təqsirli bilinib.

Komitənin regional bölməsinin rəhbərinin hazırda bununla bağlı Lənkəranda araşdırma apardığını bildirən E. Behbudov deyib ki, mərhumun bacanağı Cəbrayıl Hüseynov ona baş verən hadisə ilə bağlı müraciət edib: “Həmin şəxs dedi ki, Rüstəm Əliyev intihar etməyib, onu döyüb öldürüblər, böyrək nahiyəsində qançırlar var”.

Hadisəni işgəncə faktı kimi qəbul etdiyini bildirən hüquq müdafiəçisi bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsə də, məlumat ala bilməyib. Komitə sədri xatırladıb ki, ötən il Lənkəran rayon Polis Şöbəsində buna bənzər başqa bir hadisə də olub: “O zaman Lənkəran rayon sakini Zaur Məmmədovun guya Polis Şöbəsinin ayaqyolundan özünü asdığını bildirmişdilər. Mən isə sübut elədim ki, onu döyüb öldürüblər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə APA-ya açıqlamasında deyib ki, yaxın qohumunun ehtimalı sübut ola bilməz: “Ölüm hadisəsinin hansı vəziyyətdə baş verməsi tibbi ekspertiza tərəfindən müəyyən edilir. Araşdırma aparılacaq. Fakt isə budur ki, mərhum özünü paltarı ilə asıb. Onun qohumunun dedikləri isə ilkin ehtimaldır”.

Qeyd edək ki, Lənkəran Şəhər Polis Şöbəsində intihar hadisəsinin olması barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, Lənkəran rayon sakini, 46 yaşlı Əliyev Rüstəm Nəbi oğlu saxlanıldığı kameranın dəmir barmaqlığından əynindəki paltarla özünü asaraq həyatına qəsd edib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15