Bu il insan alveri ilə bağlı 41 nəfər məsuliyyətə cəlb edilib
Bu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insan alveri ilə bağlı 48 cinayət hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin İnsan alveri qurbanları ilə işin təşkili şöbəsinin rəisi Şahin Qocayev bildirib. Ş. Qocayev deyib ki, belə cinayət hadisələri törətdiyinə görə, 41 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 60 şəxs müəyyən edilib.
Bu dövrdə insan alveri ilə məşğul olan 15 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib. 60 insan alveri qurbanından 34 nəfəri, o cümlədən 1 uşaq sığınacaq yerlərinə yerləşdirilib. Şöbə rəisi deyib ki, onlara hüququ, tibbi, psixoloji yardım göstərilib.
Qurbanların 11-i işlə təmin olunub, 32-si peşə kurslarına, o cümlədən 9-u sahibkarlıq kurslarına göndərilib. Sığınacaqda olan insan alveri qurbanlarının himayələrindəki azyaşlı uşaqlara da yardımlar göstərilib. 1 uşaq Təhsil Nazirliyi tərəfindən internat məktəbinə, 3 uşaq isə uşaq bağçasına yerləşdirilib. 9 qurbana cinayət nəticəsində dəyən maddi ziyan məhkəmə proseslərindən sonra ödətdirilib. İnsan alverindən ziyan çəkən 47 nəfərə müavinət verilib.
Onun sözlərinə görə, insan alveri qurbanlarının 42-si orta təhsilli, 7-si orta təhsil almayan, 50-si işləməyən, 36-sı subay, 3-ü uşaq, 14-ü 20-25 yaşında, 26-sı 26-35 yaşında, 9-u 35 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 1-i Gürcüstan, 3-ü Özbəkistan vətəndaşıdır.

Oxşar yazılar

12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00