Bakının mərkəzində bir nəfərlik aksiya –
Bakının mərkəzində bir nəfərlik aksiya keçirilib. Lent.az-ın məlumatına görə, sentyabrın 29-da saat 13:30 radələrində Səbail rayonunda Xalçaçılıq Muzeyinin önündə üzərinə plakatlar yapışdırılmış minik avtomobilini saxlayan kişi maşının qapı və pəncərələrini bağlayaraq içəridə qalıb.
Bu üsulla diqqəti üzərinə çəkməyə çalışan həmin kişi insanlardan kömək istəyib. Maşının üzərinə yapışdırdığı kağızlarda “Nəzir qutusu”, “800 manat borcum var. Kömək edin, canımız qurtulsun” və s. yazılar yapışdırılıb.
Həmin aksiyaçı bu yolla 40 dəqiqəyə yaxın mərkəzi magistral yolda avtomobillərin hərəkətinə də maneə törədib.
Maşının başqa bir təhlükə törətməməsi üçün Post Patrul Xidmətinin 2 avtomobili həmin maşını öndən və arxadan sıxaraq hərəkətinə mane olub. İçəridə havasızlıq şəraitində qalan kişi jurnalistlərin köməyi ilə su da içib.
Sonda Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov hadisə yerinə gəlib və onun göstərişi ilə maşını ön pəncərəsi sındırılaraq aksiyaçı maşından çıxarılıb.
Vüqar Baba

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı
24 may 2025 , 22:35
Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü
24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı
24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi
24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar
24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə öldü
24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI
24 may 2025 , 15:54