“Borçalı” Bankının sabiq baş mühasibi həbs olunub
“Borçalı” Kommersiya Bankının sabiq baş mühasibi İlham Namazov həbs olunub. Bu barədə APA-ya Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib k, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı toplanmış materiallar əsasında rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermiş, etibardan sui-istifadə, aldatma və talama yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək mənimsəmiş «Borçalı» Kommersiya Bankının keçmiş baş mühasibi Namazov İlham İbrahim oğlu barəsində 7 fevral 2005-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.3.2, 179.2.1, 179.2.3, 179.3.2 və 313.-cü maddələri ilə cinayət işi başlanıb. Araşdırma zamanı İ. Namazovun 2005-ci ildə istintaqdan gizlənmək məqsədilə Azərbaycanın hüdudlarını tərk etdiyi müəyyənləşdiriib və barəsində dövlətlərarası axtarış elan olunub.
Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Namazov Saratov vilayətində həbs olunaraq Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.

Oxşar yazılar

Gilas ağacından yıxılan 44 yaşlı kişinin ayağı sındı, vəziyyəti ağırdır
9 iyun 2025 , 21:51
Goranboyda ağır qəza, iki nəfər yaralandı
9 iyun 2025 , 21:40
Şəmkirdə 61 yaşlı kişi "kislota"dan zəhərləndi
9 iyun 2025 , 19:23
DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
9 iyun 2025 , 16:42
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
9 iyun 2025 , 16:30Çılpaq kişi küçədə yol polisi ilə şəkil çəkdirdi
9 iyun 2025 , 15:10
Şəmkirdə gənc oğlanı cərəyan vurub öldürdü
9 iyun 2025 , 14:45