Bəzi çaylarda yenidən daşqınlar olacaq - ÇAYLARIN SİYAHISI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, payızda respublikanın dağ, o cümlədən Böyük Qafqazın cənub yamac çaylarında - Dəmiraparançay, Girdimançay, Göyçay, Türyançay, Balakən-Şəki bölgəsindəki Kişçay, Şinçay, Balakənçay, Talaçay, Lənkəran-Astara bölgəsindəki Lənkərançay, Viləşçayda qısamüddətli daşqın və sellər baş verir: “Bu il də istisna edilmir ki, adları qeyd olunan çaylarda qısamüddətli daşqın və sellər baş versin”.
Kür çayına gəldikdə, A. Verdiyev deyib ki, Kür çayının Böyük Qafqazın cənub yamacından keçən qolunda da daşqınların keçmə ehtimalı var. Amma bunun Kür çayına elə ciddi təsiri gözlənilmir: “Ümumilikdə, Kür çayında ən çox sululuq aprel-may-iyun aylarında müşahidə edilib. Həmin müddətdə Kür çayında yüksək sululuq, səviyyəni kəskin artımı və subasma hallarının baş verməsi qeydə alınıb. Amma Kür çayında hazırkı sululuq yaz dövrü ilə müqayisədə çox aşağıdır. Bu da imkan vermir ki, Kür çayında baş vermiş subasma halları payız aylarında yenidən təkrarlansın”.

Oxşar yazılar

İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16
Polis maşınında özünü GÜLLƏLƏDİ
17 iyul 2025 , 13:42