Binadakı girov tələbə Lent.az-a danışdı
30 aprel 2009 12:15 (UTC +04:00)

Binadakı girov tələbə Lent.az-a danışdı

“Öldürülənlər arasında Neft Akademiyasının dekanı da var”

Neft Akademiyasında hələlik vəziyyət tam nəzarətə götürülməyib.


Hazırda binada olan Akademiyanın III kurs tələbəsi Cəlal Qasımov Lent.az-ın əməkdaşına telefon vasitəsilə bildirib ki, terrorçu onun gözü önündə nigeriyalı tələbəni güllələyib. Tələbə aldığı xəsarətdən yerindəcə keçinib. Hazırda onların olduğu otaqda 10-15 nəfər var.

II kurs tələbəsi isə bildirib ki, vurulanlar arasında Akademiyanın dekanı da var.

Lent.az-ın əməkdaşı xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb. Binaya snayperlər yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar