Radikal dinçilərin məhkəməsində “saqqal” davası
05 mart 2009 19:00 (UTC +04:00)

Radikal dinçilərin məhkəməsində “saqqal” davası

Bu gün günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən proses başlayan kimi dəstə başçısı hesab olunan K.Əsədov çıxış edib. O deyib ki, SSRİ-nin vaxtında Beriyanın cinayət işi üzrə məhkəmə prosesi 6 ay davam edib: “Lakin biz heç bir günah işlətmədən 1 ildən çoxdur ki, buradayıq”.

Hakim isə deyib ki, Beriyanın vaxtında demokratiya bu qədər inkişaf etməmişdi.

Daha sonra təqsirləndirilən İlkin İsmayılov çıxış edib. O saxlandıqları istintaq təcridxanasında saqqallarını qırxmaq əmrini alıqlarını deyib: “Üzümüzü məcburi şəkildə qırxmaq barədə göstəriş verilib. Bizi üzümüzü qırxmağa məcbur edirlər”.

Digər təqsirləndirilən Samir Mehrəliyev də əvvəlki çıxışçının dediklərini təkrarlayıb: “Mənə istintaq təcridxanasında dedilər ki, hakim tapşırıb ki, biz üzümüzü “lezva” ilə qırxdıqdan sonra prosesə aparılmalıyıq”.

S.Mehrəliyev hakimə müraciət edərək əlavə edib: “Siz mənə hörmətsizlik etdiniz. Mən də bundan sonra sizinlə danışanda ayağa qalxmayacağam. Mənim içalatımı da qırxmayacaqsınız ki! İman mənim içimdədir”.

Hakim İ.Neymanov isə təqsirləndirilən şəxslərin məhkəməyə hansı formada üzü tüklü, yaxud tüksüz gəlməsinin fərqi olmadığını deyib: “Biz heç kəsə elə bir göstəriş verməmişik”.

Təqsirləndirilən Hacıbala Hüseynov da “saqqal söhbəti”ni davam etdirib: “İstintaq təcridxanasında mənə dedilər ki, əlimi bağlayıb, zorla yerə yıxıb üzümü qırxacaqlar”.

Bu dəfə hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Hakim ancaq əmələ qiymət verdiklərini, təqsirləndirilən şəxslərin məhkəməyə üzü tüklü-tüksüz gəlmələrinin fərqi olmadığını bildirib.

Daha sonra prosesdə şahid Emil Bünyatzadə ifadə verib. O, Kamran Əsədovun yaxın dostu olduğunu, Kamranın ailəsinin dindar ailə olduğunu, onlardan heç bir pislik görmədiyini bildirib.

Prosesdə digər şahidlər – Rahim Qədirov, Nicat Cəfərov və Kamran Qədirovun məhkəməyə teleqram göndərmələri barədə hakim məhkəmə iştirakçılarına məlumat verib. Hakimin sözlərinə görə, həmin şahidlər teleqramlarda müxtəlif səbəblər göstərərək məhkəmədə iştirak edə bilməyəcəklərini yazıblar. Lakin dəstə üzvləri, əsasən də dəstə başçımı hesab olunan Kamran Əsədov buna etiraz edərək şahid Kamran Qədirovun məhkəməyə gətirilməsini hakimdən xahiş edib. Hakim bu xahişi nəzərə alaraq bildirib ki, növbəti prosesdə həmin şahidlər məhkəməyə dəvət olunacaqlar.

Məhkəmə prosesi martın 13-ü saat 11.00-da davam etdiriləcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Şəhriyar ƏLİZADƏ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45