Yanan məktəbin şagirdləri tətilə buraxıldı
Martın 26-dək 67 saylı məktəbin şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi məsələsi həll edilməlidir
Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbin bütün şagirdləri sabahdan etibarən yaz tətilinə buraxılır. Buna səbəb bir qədər əvvəl məktəbdə baş verən yanğın nəticəsində təhsil müəssisəsinin tamamilə yararsız hala düşməsidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı deyib ki, 1925-ci ildə inşa olunan məktəbdə 2000 minə yaxın şagird üç növbədə təhsil alır. Onun sözlərinə görə, bu gün baş verən yanğın 3-cü mərtəbədən başlayıb. Məktəbin bütün əsas sütunları taxtadan olduğuna görə yanğın bütün binanı əhatə edib və bu səbəbdən alovu söndürmək mümkün olmayıb. Nəticədə məktəb binası bütün avadanlıqlarla birgə məhv olub.
Zəminə Əliqızı deyib ki, məktəb binasının sıradan çıxması ilə əlaqədar şagirdlərin yaz tətilinə buraxılması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, tətil müddətində, yəni martın 26-dək şagirdlərin yaxınlıqdakı məktəblərə bölüşdürülməsi məsələsi həll ediləcək və növbəti rübdə şagirdlər müvafiq məktəblərdə təhsillərini davam etdirəcəklər.
Elxan SALAHOV

Oxşar yazılar

Bakı şəhər Baş Polis İdarəsi Arif Məmmədovun axtarış dosyesini yaydı
12 may 2025 , 18:06
Gəncədə qadınla mübahisə edən kişi evi yandırdı: Ölən var - VİDEO - YENİLƏNİB
12 may 2025 , 18:03
Mövlam Şixəliyevin əmlaklarını alanlar istintaqa çağırılır
12 may 2025 , 16:50
Məhkəmədən Əziz Orucovla bağlı YENİ QƏRAR
12 may 2025 , 16:38
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU
12 may 2025 , 14:46
Bakıda dələduzluqla küllü miqdarda pul ələ keçirən şəxs saxlanıldı
12 may 2025 , 14:04
Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkdilər"
12 may 2025 , 12:05