Bakıda "avtoşluq"  edən motosiklet sürücüləri həbs edildi - VİDEO
12 may 2025 10:02 (UTC +04:00)

Bakıda "avtoşluq" edən motosiklet sürücüləri həbs edildi - VİDEO

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a verilən məlumata görə, idarənin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı  N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar