12 yaşlı qız 4 inəyə satılıb
21 yanvar 2010 16:45 (UTC +04:00)

12 yaşlı qız 4 inəyə satılıb

8 ay əvvəl Türkiyədə Çorum bölgəsinin Sungurlu rayonunda Şükrü A. 12 yaşlı qızı K.A.-nı tikintidə çalışan 29 yaşlı Kamber Bostana (29) 4 inək qarşılığında satıb.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Kamber Bostan 12 yaşlı qızla imam nikahı ilə yaşamağa başlayıb.


Kamber Bostan bir aydan sonra 4 inəyə aldığı qızı Ankaraya aparıb, bir müddət yaşadıqdan sonra isə atası evinə göndərib. Ata qızını qəbul etməyib və onu vəhşicəsinə döyüb. Qız huşunu itirib. Xəstəxanaya aparılan zaman məlum olub ki, o, hamilədir və uşaq ölü doğulub.


20 gün əvvəl isə Şürkrü A. qızını 8 min dollar qarşılığında əvvəllər K.A.-nı sevən 20 yaşlı Gökhan Türkə (20) verib. Gökhan Türk əvvəlcə bu pulun 2 min dollarını verib, qalan qismini də ödəyəcəyini bildirib. Ancaq pulu qısa müddətdə tələb edən 12 yaşlı qızın atası Gökhan Türkün ailəsinin yanına gəlib və 6 min dolların dərhal verilməsini istəyib.


Gökhan Türk isə 6 min dolları verməyəcəyini söyləyib və tərəflər arasında dava-qalmaqal düşüb. Nəticədə iş polisə qədər gedib çatıb. Polis qızın bədnam atasını və Gökhan Türkü saxlayıb, qızın birinci əri Kamber Bostan isə axtarılır.
# 362

Oxşar yazılar