Moskvada 4 nəfəri qətlə yetirən “Axsaq Nazim” ləqəbli azərbaycanlı killer tutulub
Moskvada dörd nəfəri öldürməkdə şübhəli bilinənən azərbaycanlı killer yaxalanıb. APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi saxlanan şəxsin çoxlu sayda ağır və xüsusilə ağır cinayətlər törətmiş beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu bildirir.
Saxlanan şəxs “Axsaq Nazim” ləqəbli 43 yaşlı Azərbaycan vətəndaşıdır, o dörd nəfəri sifarişlə qətlə yetirmək ittihamı ilə federal axtarışda olub. Məxfi həyat tərzi keçirən killer daim yaşadığı ünvanları dəyişib və saxta pasportlardan istifadə edib.
Onun qrupuna daxil olan şəxslərin Moskva, Peterburq şəhərlərində, Moskva və Leninqrad vilayətlərində bir sıra sifarişli qətllərdə iştirakı güman olunur.
Saxlanan şəxsin üzərində “TT” tapançası, “Makarov” tapançasının dolu sandıqçası, Azərbaycan vətəndaşının adına saxta pasport götürülüb.

6884