İcra başçısı:«Zəlzələdən zərərçəkənlərə yardım edin”
18 noyabr 2012 01:58 (UTC +04:00)

İcra başçısı:«Zəlzələdən zərərçəkənlərə yardım edin”

Bu il Güney Azərbaycanın Qaradağ mahalı dəfələrlə məruz qalıb. Mahalın Vərzəqan rayonunun icra hakimiyyətinin başçısı Məhərrəm Firuği-Sücai noyabrın 16-da baş vermiş zəlzələdən və onu törətdiyi nəticələrdən danışıb.

Lent.az-ın İrandakı informasiya vasitələrinə istinadən məlumatına görə, O, deyib ki, ötən günkü zəlzələ nəticəsində daha 3 yaşayış evi dağılıb, soyuq hava və qar zəlzələdən zərərçəkənlər üçün əlavə problem yaradıb.
Firuği-Sücai Vərzəqanda təbii fəlakətdən zərərçəkənlər suyuq hava şəraitində qaldıqlarından onların çeşidli isti paltar, yataq dəstlərinə ehtiyacı var.
İcra başçısı əhalini zəlzələdən zərərçəkənlərə köməyə çağırıb.
Qeyd edək ki, son məlumata görə, dünənki zəlzələ nəticəsində təxminən 10 nəfər xəsarət alıb.
Qeyd edək ki, noyabrın 16-da təbii fəlakət yerin 4 km dərinliyində baş verib və Rixter şkalası üzrə 4,9 bal gücündə olub. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələ Vərzəqandan 6 km, Xacədən 35 km, Əhərdən 40 km və Tehrandan 526 km uzaqlıqda baş verib.

Xatırladaq ki, bu il avqustun 11-də Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 306 nəfər ölüb, 3037 nəfər yaralanıb. Bundan başqa, noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə zəlzələ baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2111

Oxşar yazılar