Azərbaycanda gənclərin sürdüyü avtomobillər aşıb: 3 ölü
Noyabrın 1-də Azərbaycanın müxtəlif rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmirdə Bakı sakini 28 yaşlı Nicat İsmayılov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan 30 yaşlı Xəyyam Əsgərov və 24 yaşlı Elnur İsmayılov isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Goranboyda isə 25 yaşlı Hafiz Məmmədov “Cherry” markalı minik avtomobilini aşırıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Oxşar hadisə Göygöl rayonunda da qeydə alınıb. Məhəmməd Əliyev sürdüyü “VAZ 21011” markalı avtomobili aşırması nəticəsində ölüb.
Nizam RZA

Oxşar yazılar

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38