İrandan narkotik vasitə gətirərkən saxlanıldı
25 oktyabr 2012 13:30 (UTC +04:00)

İrandan narkotik vasitə gətirərkən saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mais Musayevin üzərində şəxs yoxlanılıb. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə, xalis çəkisi 38,491 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
# 720

Oxşar yazılar